Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Respublika Perinatal Mərkəzdə müalicə alanların təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilir

Respublika Perinatal Mərkəzdə müalicə alanların təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilir


Xəbər verildiyi kimi bu gün saat 03:35-də Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın hadisəsi baş verib.

Newscenter.az TƏBİB-ə istinadən bildirir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Yanğınsöndürmə işləri başa çatıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları hadisə yerinə cəlb olunub.
Xəstəxananın müvafiq şöbəsində müalicə alanların təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilir.
Yenidoğulmuşların, hamilə və zahı qadınların təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyəsi həyata keçirilir. İndiyədək 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

1 nəfər - Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmət göstərilir.

TƏBİB rəhbərliyi hadisə yerindədir.

Anar Əliyev
Xəbəri paylaş