09 yanvar 2024-cü il saat 03:35-də Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın hadisəsi baş verib.
Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumat yayan TƏBİB bildirib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Yanğınsöndürmə işləri başa çatıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 12 briqadası hadisə yerinə cəlb olunub.
Zərurət üzrə xəstəxanada müalicə alanların təhlükəsiz təxliyəsi planlaşdırılır.
TƏBİB rəhbərliyi hadisə yerindədir.
Mehman Mehdiyev