Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Texasda otel partlayışı nəticəsində xəsarət alanların sayı 21-ə çatıb

Texasda otel partlayışı nəticəsində xəsarət alanların sayı 21-ə çatıb


Birləşmiş Ştatların Texas ştatının Fort Uort şəhərindəki Sandman Signature otelində baş verən partlayış nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb.

Newscenter.az bildirir ki, bu barədə yerli Fox News kanalı məlumat yayıb.

Məlumata görə, yaralılardan bir nəfərin vəziyyəti ağırdır, dörd nəfər isə orta ağır vəziyyətdədir. Lakin onların həyatı üçün təhlükə yoxdur. Yerdə qalanlar isə yüngül xəsarətlər alıblar.

Hadisə yerinə gələn yanğınsöndürənlər partlayışın qaz sızmasından baş verdiyini bildiriblər. Yanğın və partlayış nəticəsində otelin 26 otağı yararsız vəziyyətə düşüb.

Mehman Mehdiyev
Xəbəri paylaş