Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 180 nəfərə çatıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, təbii fəlakət nəticəsində ən azı 120 nəfər itkin düşüb. Ümumilikdə isə, zəlzələdən zərər çəkənlərin sayı 565 nəfərdir. 28 minə yaxın sakin zəlzələ səbəbindən təhlükəsiz ərazilərə təxliyə olunub.
Fəlakətdən ən çox İşikava prefekturası zərər çəkib. Məlumata görə, burada ən azı 1370 ev tamamilə və ya qismən dağılıb.
Anar Əliyev