İsraildəki xəstəxanalara yeni təlimat verilib.
Newscenter.az İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, Səhiyyə Nazirliyi son günlər ölkənin şimal bölgəsində gərginliyin artması səbəbindən xəstəxanalara minlərlə yaralını qəbul etməyə hazırlaşmağı tapşırıb.
Nazirlik ölkənin şimalında yerləşən Nehariyadakı Safed və Qalile Tibb Mərkəzindəki Ziv Xəstəxanasından “səhra ada rejiminə” keçmək, günlərlə tibbi ləvazimat, dərman və qidasız qalma ehtimalına hazırlaşmağın zəruriliyini bildirib. Nazirlik, həmçinin şimaldakı xəstəxanalardan bir neçə saat ərzində təcili rejimə keçmələrinin vacibliyini səhiyyə müəssisələrinin diqqətinə çatdırıb.
Analitiklər İİsrailin bu hazırlığını Təl-Əvivin Livana qarşı müharibəyə başlayacağı ilə əlaqələndiriblər. Bildirilir ki, İsrail yaxın günlərdə Livana qarşı müharibəyə başlayacaq.
Mehman Mehdiyev