Ermənistanın baş naziri Nikol Paşinyan kadr təyinatında özünəməxsus hiyləgərliyə əl atır.
Newscenter.az hraparak.am-a istinadən bildirir ki, erməni baş nazir yeni təyin etdiyi qubernator və vilayət rəhbbərlərinin seçimlərində onların daha çox zamanında güc strukturlarında işləyib-işləməməsinə üstünıük verir. Sayt iddia edir ki, Paşinyan qubernator təyinatında daha çox zamanında polis orqanlarında çalışmış şəxslərə üstünlük verir.
Məlumata görə, erməni baş nazir bu ilin əvvəlində azad etdiyi Lorva və Armavirin keçmiş qubernatorlarının yerinə Armavir icmasının lideri Davit Xudatyan və Ermənistanın sabiq daxili işlər nazirinin müavini Aram Hovhannisyanı təyin etmək istəyir.
Bildirilir ki, qarşıda seçki prosesləri gəldiyi üçün Paşinyan qubernator təyinatında güc strukturlarında çalışmış adamlara üstünlük verir ki, əyalətlərdə keçirilən etiraz aksiyaları güc yolu ilə qısa müddətdə dağıdılsın.
Mehman Mehdiyev