Bir neçə gündür Qazaxıstanda hökm sürən qarlı-şaxtalı hava şəraiti ölkədə hava nəqliyyatını iflac duruma salıb.
Newscenter.az "Sputnik Qazaxıstan"-a istinadən bildirir ki, qar xüsusilə paytaxt Astanada ciddi fəsadlar yaradıb. Belə ki, qarlı-şaxtalı, eyni zamanda küləkli hava Astana hava limanında uçuşlarda problemlərə səbəb olub.
Bildirilib ki, Astana Beynəlxalq Hava Limanında hava şəraiti uçuşlar üçün əlverişsizdir. Küləyin sürətinin 22 m/s-dən 27 m/s-ə qalxması təyyarələrin havaya qalxmasına əngəl yaradıb.
Astana Hava Limanından bildirilib ki, bu gün paytaxt hava limanında 75 reys nəzərdə tutulsa da, lakin hava şəraiti uçuşların ertələnməsinə səbəb ola bilər.
Mehman Mehdiyev