İspaniyada qoruyucu maska taxmaq yenidən məcburi oldu.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, ilkin olaraq ölkənin səhiyyə ocaqlarında tibi maskadan istifadə məcburi sayılıb.
İspaniya Səhiyyə Nazirliyi bunu tənəffüs yoluyla yoluxucu infeksiyalara yoluxmuş xəstələrin sayının artması ilə əlaqələndirib.
Nazirliyin açıqlamasında o da bildirilib ki, son həftələrdə COVID-19 kimi tənəffüs yolu infeksiyası hallarının artması da müşahidə edilir. Bu üzdən xəstəxanalarda sıxlıq da artıb.
Qeyd edək ki, İspaniyada COVID-19 epidemiyası zamanı başlayan qapalı məkanlarda maska taxmaq öhdəliyinə ölkənin Nazirlər Şurasının 3 iyul 2023-cü il tarixli qərarı ilə son qoyulmuşdur. .
Nərgiz Əzizova