Türkiyədə məktəblilər arasında kütləvi zəhərlənmə hadisəsi baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Şanlıurfada qeydə alınıb. Belə ki, Şanlıurfanın Siverek mahalında yemək yedikdən sonra səhhətində ciddi problemlər meydana çıxan xəstələnən 55 şagird xəstəxanaya yerlışdirilib. Məktəblilər əsasən ürək bulanması və başgicəllənmədən şikayətləniblər. Məktəblilərin yedikləri qidadan zəhərləndikləri məlum olub.
Xəstəxanada müalicəsi başa çatn bəzi tələbələr evə buraxılsa da, vəziyyəti bir qədər ağır olan məktəblilərin müalicəsinin tibb müəssisəində davam etdirilməsi zəruri sayılıb.
Nərgiz Əzizova