Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaponiyanın AES-ində sızıntı baş verib

Yaponiyanın AES-ində sızıntı baş verib


Yaponiyada yenidən Atom Elektrik Stansiyasında sızma hadisəsi qeydə alınıb.

Newscenter.az "Sputnik Türkiyə"yə istinadən bildirir ki, bu dəfə sızma Sika Atom Elektrik Stansiyasında baş verib.

Buna səbəb son günlər Yaponiyada bir-birinin ardınca baş verən zəlzələlər göstərilir. Məlumata görə, ayın ilk günlərində Yaponiyada baş verən çoxsaylı zəlzələlərdən sonra Sika Atom Elektrik Stansiyasından dənizə doğru yeni neft sızması aşkar edilib.

Məlumata görə, Sika Atom Elektrik Stansiyasını idarə edən Tohoku Electric Power şirkəti stansiyanın yaxınlığında dəniz səthində 100x30 metr ölçüdə neft ləkəsi aşkar edib. Bu təbəqənin AES-in ikinci blokunun transformatorunda zəlzələ zamanı baş vermiş sızmanın nəticəsi olduğu təxmin edilir.

Mehman Mehdiyev
Xəbəri paylaş