Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ekologiyaya 61 min manatdan çox ziyan vurulması ilə bağlı cinayət işi başlanılıb

Ekologiyaya 61 min manatdan çox ziyan vurulması ilə bağlı cinayət işi başlanılıb


Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın 4 şəhər və rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar və vətəndaş müraciətləri əsasında üzrə araşdırma aparılıb.

Bu barədə Newscenter.az-a Baş Prokurorluqdan məlumat verilib.

Araşdırmalar zamanı Bakı şəhəri, Nəsimi rayonunun Xan Şuşinski küçəsi və Azadlıq prospektinin kəsişməsində, Nizami rayonunun Keşlə qəsəbəsində meşə fonduna daxil olmayan, Qusar, Gədəbəy və Tovuz rayonu ərazisində isə meşə fonduna daxil olan, ümumilikdə 281 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 61 min manatdan çox ziyan vurulması müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.3, 259.2.4 və 259.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə, xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Mehman Mehdiyev
Xəbəri paylaş