Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni hərbiçilərinin başı qumar oyunlarına qarışır

Erməni hərbiçilərinin başı qumar oyunlarına qarışır


Ermənistanda “Oyun fəaliyyətinin tənzimlənməsi”, eləcə də “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna dəyişikliklər və əlavələr ediləcək.

Newscenter.az hraparak.am-a istinadən bildirir ki, sözügedən məsələ baş nazir Nikol Paşinyanın sədrliyi ilə hökumət kabinetinin iclasında müzakirə edilib.

İclasda çıxış edən baş nazir Nikol Paşinyan qumar oyunlarına məhdudiyyətlərin tətbiq edilməsinin vacib olduğu deyib.

Ermənistanın İstintaq Komitəsinin sədri Argişti Kyaramyan isə bir sıra hallarda hərbiçilərin də qumar oyunlarının iştirakçısı olduğunu deyib və oyun məhdudiyyətlərinin hərbçilərə də şamil edilməsini vacibliyini bildirib.

“Həqiqətən də belə problemlərimiz var. Xidmət zamanı bəzi insidentlər baş verir",-deyə Kyaramyan bildirib.

Anar TAĞIYEV
Xəbəri paylaş