Türkiyənin İstanbul şəhərinin sakinlərinə xəbərdarlıq edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, İstanbul Böyükşəhər Bələdiyyəsi Fəlakət Koordinasiya Mərkəzi (AKOM) vətəndaşlara gizli buzlanmaya qarşı tədbirli olmaq tövsiyəsində bulunub.
Mərkəz cümə günüdən etibarən İstanbulda havanın temperaturunun düşəcəyi, qar yağacağı və şaxta olacağını bildirib. Qeyd edilib ki, şaxtalı hava yollarda gizli buzlaşmaya, nəqliyyatın hərəkətinin çətinləşməsinə səbəb olacaq.
Xatırladaq ki, Türkiyənin əksər bölgələrində bir həftədən artıqdır qarlı və şaxtalı hava hökm sürür.
Sona