Şimali Amerika, Qərbi Avropa və Avstraliyada 50 yaşa qədər insanlar arasında onkoloji xəstələnmənin artması müşahidə edilir.
Newscenter.az xəbər verir ki, The Wall Street Journal (WSJ) belə iddia edir. Dərgi yazır ki, dünyada xərçəngə yoluxma nisbəti artmaqda davam edir. Təəssüf doğuran cəhət ondan ibarətdir ki, onkoloji xəstəliklərə daha çox gənclər və uşaqlarda rast gəlinir.
"Xəstəliyin cavanlaşması prosesi gedir. Problem ətraf mühitdəki dəyişikliklərlə bağlı ola bilər. Bəlkə də səbəblərdən biri qəbul etdiyimiz qida və ya dərmanlardır. Hələ dəqiqləşdirə bilməmişik”, –deyə dərgi yazır.
Mütəxəssislər qeyd edirlər ki, çoxsaylı emal olunmuş qidalar, yeni toksinlərin yaranması, piylənmə, mikroplastiklər insan sağlamlığına mənfi təsir göstərən amillərdəndir.
Nərgiz Əzizova