Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda bədbəxt hadisə, çoxlu sayda yaralı var-FOTO

Ermənistanda bədbəxt hadisə, çoxlu sayda yaralı var-FOTO


Ermənistanda zəncirvari qəza baş verib.

Newscenter.az hraparak.am-a istinadən bildirir ki, hadisə Ermənistanın Hrazdandan Çarentsavan magistral yolunda qeydə alınıb. Yolların qarlı və şaxtalı olması səbəbindən 10-dan artıq avtomobil bir-birinə çırpılıb.

Hadisə şahidi Qarnik Danielyanın verdiyi məlumatda qəza nəticəsində çoxlu sayda şəxsin yaralandığı bildirilir. Bildirilib ki, hadisə yerinə çoxlu sayda təcili yardım maşınları cəlb edilib. Lakin yolların qarlı olması və yol təsərrüfatı işçilərinin magistral yolda heç bir təmizləmə işi aparmaması xilasetmə işlərini çətinləşdirib.

Sona
Xəbəri paylaş