Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda mer qəbula gələn vətəndaşı bıçaqladı

Ermənistanda mer qəbula gələn vətəndaşı bıçaqladı


Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü, Stepanavan (əvvəlki Cəlaloğlu) şəhərinin meri qəbuluna gələn vətəndaşa hücum edib.

Newscenter.az xəbər verir ki, bu barədə vəkil Aleksandr Koçubayev bildirib.

“Stepanavanın meri şəxsi məsələ ilə müraciət edən vətəndaşın boğazını bıçaqla kəsməyə çalışıb. Müvəkkilim əmək qabiliyyəti haqqında arayış almaq üçün şəhər meriyasına daxil olub, merdən xahiş edib. Sonuncunun təhlükəsizlik işçiləri vətəndaşı döyüblər, bundan sonra mer bıçaqla onun boğazını kəsməyə cəhd edib.

Zərərçəkmiş polisə müraciət edib, lakin istintaq yubadılır və (onlar) maddi sübutları qəbul etmirlər”, -Koçubayev bildirib.

O, səlahiyyətli qurumları bu problemə diqqət yetirməyə çağırıb və səmərəli araşdırma aparılmasını tələb edib.

Sona
Xəbəri paylaş