Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Abzas media" işi çərçivəsində Elnarə Qasımova saxlanılıb

Abzas media" işi çərçivəsində Elnarə Qasımova saxlanılıb


"Abzas media" işi çərçivəsində Elnarə Qasımova saxlanılıb.

Newscenter.az-ın məlumatına görə, bu barədə faktı “Report”a onun vəkili Bəhruz Bayramov və DİN-in mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı təsdiqləyib.

B.Bayramovun sözlərinə görə, E.Qasımovaya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Vəkil, eyni zamanda bildirib ki, müvəkkili "Abzas Media" işi ilə bağlı saxlanılıb.

Qeyd edək ki, “Abzas Media” işi üzrə bundan əvvəl saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov, jurnalist Nərgiz Absalamova və Hafiz Babalı qaçaqmalçılıq ittihamı ilə həbs olunublar.
Xəbəri paylaş