Bakı-Qroznı neft kəməri yanvarın 12-də Xasavyurtun qərbində baş vermiş zəlzələdən sonra normal işləyir.
Newscenter.az bildirir ki, “Report”un xəbərinə görə, bu barədə TASS-a “Transneft”in rəsmi nümayəndəsi İqor Demin məlumat verib.
O, qeyd edib ki, 2024-cü il yanvarın 12-də Moskva vaxtı ilə saat 20:02-də (Bakı vaxtı ilə saat 21:02) episentri Xasavyurt şəhərindən 13 km şimal-qərbdə, ocağı 5 km dərinlikdə, maqnitudası 4,1 olan zəlzələ baş verib. Episentrdən 225 km radiusda yerləşən "Çernomortransneft" ASC-nin obyektləri, Qroznı-Bakı və "Mahaçqala" - 201 km magistral neft boru kəmərlərinin xətti hissəsində, eləcə də "Samur", "Mahaçqala" və "Sulak" neft nasos stansiyalarının xətti hissəsində avadanlıqlar araşdırılıb. Zəlzələnin fəsadları yoxdur.
Yanvarın 12-də Dağıstanın Novolakski rayonunda zəlzələ qeydə alınıb. Yerin səthində baş verən təkanlar Xasavyurt şəhəri və Xasavyurt rayonu sakinləri tərəfindən hiss olunub. Yanvarın 12-də Dağıstanın Xasavyurt rayonunda 4,4 maqnitudada daha bir zəlzələ qeydə alınıb.