Ekspert adı bir zamanlar hörmətə layiq bir söz idi. Həqiqətən bu söz hər adama deyilməzdi. Amma son dönəmlər hər gün müxtəlif proqramlarda "ekspertlər" balalayaraq sayları artır.
Xüsusən biyabırçılıqlarla həddini aşmış verlişlərində "ekspert" adı tamamilə hörmətdən düşüb. Kim gəldi, necə gəldi ekspert ola bilir və ya belə adlanır.
Ümumiyyətlə ekspert kimə deyilməlidir?
Ekspert, öz sahəsində araşdırmaları olan, uzun illər bu sahədə işləyib təcrübə toplanmış, tədqiqatlar aparmış, qərarların, rəylərin, hazırlanması, ekspertizanın aparılması üçün cəlb olunan müəyyən sahənin təcrübəli ixtisaslı mütəxəssisə deyilir.
Bizdə isə dəxli oldu, olmadı hər kəsi rahatlıqla ekspert adlandırırlar. "Ekspertlər" isə öz sahəsinə uyğun olaraq onlara müraciət edənlərə öz sahəsindən başqa hər şeylə məşğuldirlar. Ailə məsələləri ilə bağlı fikir bildirirlər. Problemdən çıxış yolu göstərmək əvəzinə , kömək üçün müraciət edəni təhqir edir, qeybət edir, ehtiyac sahibini aşağılayır və sair. Soruşan yoxdur ki, "ay "ekspert" sən ailə məsələləri ilə bağlı nə vaxtdan ekspert olmusan? Evində yoldaşına şiddət yaşadan, ailəsinə hörmət etməyən adam olub ailə məsələləri, ailə dəyərləri üzrə ekspert... Namusdan xəbəri olmayan namus üzrə ekspert olub...
Azərbaycan balaca ölkədir, hamı kimin nə işlə olduğunu, keçmişini yaxşı bilir. Ekspert sözünü bucür ucuzlaşdırmayın.
Audiovizual Şura, Teleradio Yayım Şurası buraxıb telekanalları öz ixtiyarlarına , nəzarət də yoxdur.
Nəzarət olmayan yerdə özbaşnalıq halları bitmək bilmir.
Rəşad Quliyev