“Xalqımızı qorxutmaq istəməzdim, amma biz elə bir vəziyyətdəyik ki, hər zaman vətənimizin müdafiəsinə hazır olmalıyıq. Danışıqların bitdiyi yerdə düşmənçiliklərin başladığı göz qabağındadır”.
Newscenter.az hraparak.am-a istinadən bildirir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, Hayastan fraksiyasının rəhbəri Seyran Ohanyan deyib. Keçmiş nazir iddia edib ki, Azərbaycanla imzalanması nəzərdə tutulan sülh müqaviləsində Ermənistanın maraqları təsbit edilməyib və belə loan halda sülhə imza atmamaq və yeni bir qarşıdurmaya getmək qaçılmazdır:
"Sülh müqaviləsində Azərbaycanın üzərinə götürməli olduğu öhdəliklərdən bəhs edilmir. Əgər Nikol Paşinyanın hərbi-siyasi vəziyyəti normal qiymətləndirən normal strukturları olsaydı, onlar tezliklə Azərbaycanın sülh təklifinin bizim üçün aldadıcı olduğunu görəcəkdilər".
Anar TAĞIYEV