Bir neçə gündür yağan güclü qar Qazaxıstanda ciddi fəsadlar törədib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, qar daha çox Qazaxıstanın şərqində təsirli olub.
Belə ki, Şərqi Qazaxıstan vilayətinin Markakol rayonunda qarın hündürlüyü 2-3 metrə çatıb. Ən çox fəsadlar rayonun Uranxay kəndində özünü göstərib.
Belə ki, sözügedən kənddə evlər qarın altında qalıb. Kənd evlərinin yalnız dam örtüyü və bacasını görmək mümkün olub. Kənddə sakinlərin saxladıqları ev heyvanlarının qarın altında qalaraq tələf olduğiu bildirilir.
Qeyd edək ki, aşağıdakı link vasitəsilə Uranxay kəndindəki qardan sonra yaranmış vəziyyətlə tanış ola bilərsiniz.
https://t.me/sputnik_aitady/12610
Anar Əliyev