Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şərqi Qazaxıstanda 1200-dən çox ailə qarın altında qalıb

Şərqi Qazaxıstanda 1200-dən çox ailə qarın altında qalıb


Qazaxıstanda bir neçə gündür yağan aramsız qar Şərqi Qazaxıstanda 1200-dən çox ailəni köməksiz vəziyyətdə qoyub.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, qarın hündürlüyünün evlərin dam örtüyünə qədər qalxması xilasetmə işlərini çətinləşdirib.

Qar ən çox Markakol rayonunda təsirli olub. Bu rayonda 6 kəndlə tamamilə əlaqə kəsilib. Kəndlərə kommunal xidmətlərin verilməsində də problem yaranıb, elektrik enerjisi kəsilib.

"Markakol-Toskayın arasında 91 kilometrdə yolda hərəkət tamamilə dayanıb. Əraziyə əlavə texnika göndərilib",-deyə məlumatda bildirilir.

Anar TAĞIYEV
Xəbəri paylaş