Yanvarın 30-dan etibarən Qırğızıstanda ictimai nəqliyyatda gediş haqqı artırılacaq.
Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən bildirir ki, ilkin mərhələdə artım yaınız paytaxt Bişkekin ictimai nəqliyyatı üçün keçərli olacaq. Artıq Bişkek Şəhər Şurası yeni tarifləri də açıqlayıb.
Yeni tariflərə əsasən, 1 nəfərin ictimai nəqliyyatda ödənişi nağd pul şəklində 20, nağdsız ödəniş (kartla) 17,
dövlət mobil operatorunun proqramından istifadə etməklə 11 som olacaq.
Qeyd edək ki, 20 som Azərbaycan manatına olan nisbətdə təxminən 38-40 qəpik edir.
Süleyman