Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

44 günlük müharibədə erməni əsgərlərə zirehli geyim verilməyib

44 günlük müharibədə erməni əsgərlərə zirehli geyim verilməyib


"44 günlük müharibədə itki sayının çox olması əsgərlərimizin zirehli geyimlə təchiz edilməməsindən irəli gəlib".

Newscenter.az xəbər verir ki, hraparak.am belə bir iddia ilə çıxış edib. Erməni xəbər saytında dərc edilən məqalədə müəllif Hasmik Babacanyan iddia edir ki, əsgərlərin zirehli geyimlə təmin edilməməsi xəyanət, eyni zamanda sarsıdıcı zərbə idi:

Hasmik Babacanyan erməni əsgərlərin zirehli geyimlə təmin edilməməsini mühafizə təşkil edilmədən kimlərinsə buğda tarlasına göndərilməsi kimi xarakterizə edib.


"44 günlük müharibədə əsgərlərimizin çoxunun müvafiq zireh, zirehli geyimləri olmadığı üçün həlak olublar. Bizim kifayət qədər həkim-mütəxəssisimiz var. Əgər əsgərlərə zirehli geyim verilsəydi, yaralanmış əsgərlərimizi həkimlərimiz xilas edə bilərdi",-deyə Babacanyan yazıb.

Nərgiz Əzizova
Xəbəri paylaş