Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda bəzi ərazilərdə beş mərtəbədən hündür binaların tikilməsinə icazə verilməyəcək

Bakıda bəzi ərazilərdə beş mərtəbədən hündür binaların tikilməsinə icazə verilməyəcək


Bakıda xüsusi mühafizə olunan 1 000 hektardan çox ərazi var ki, orada hündürlüyü beş mərtəbədən artıq binaların tikilməsinə icazə verilməyəcək.

Newscenter.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

Onun sözlərinə görə, həmin ərazilərdə tarixi abidələrin sıxlığı nəzərə alınıb və tikintiyə məhdudiyyət qoyulub.

"Xüsusilə şəhərin mərkəzində də tarixi mədəni irsə hörmət nəzərə alınaraq ciddi addımlar atılacaq",- deyə Komitə sədri əlavə edib.

Nərgiz Əzizova
Xəbəri paylaş