Havaların kəskin soyuması və qarlı-şaxtalı hava Qazaxıstanda ciddi problemlərə yol açıb. Xüsusilə də pis hava şəraiti Şərqi Qazaxıstanda öz təsirini göstərib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, təbii fəlakət Şərqi Qazaxıstanın Kürçim rayonunda fövqəladə vəziyyətin elan edilməsi zərurəti yaradıb.
Məlumata görə, rayonun bəzi yerlərində qarın qalınlığı 2-3 metrə çatıb. Rayona gedən bütün yollar bağlı olduğu üçün sakinlərə ərzaq və dərmanlar vertolyotla çatdırılır. Rayonun 9 kəndi ilə ümumiyyətlə əlaqə kəsilib.
Anar TAĞIYEV