20 Yanvar faciəsinin 34-cü ildönümü Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində də qeyd ediləcək.
Newscenter.az-a bu barədə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarından məlumat daxil olub. Bildirilib ki, bu kimi anım tədbirlərinin Niderlandda, Belçikada, Norveçdə, Almaniyada və digər Avropa ölkələrində keçirilməsi nəzərdə tutulub.
Anım tədbirlərində şəhidlərin ruhuna dualar oxunacaq, ehsan süfrələri açılacaq, 1990-cı il, 20 yanvar tarixində rus qoşunlarının Bakıda törətdikləri vəhşiliklərdən danışılacaq.
Tədbirlə zamanı faciəni özündə əks etdirən filmlər də nümayiş olunacaq.
Nərgiz Əzizova