Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan vətəndaşı Rusiyada qətlə yetirilib

Ermənistan vətəndaşı Rusiyada qətlə yetirilib


Rusiyada Ermənistan vətəndaşı öz yaxın dostları tərəfindən qətlə yetirilib.

Newscenter.az hraparak.am-a istinadən bildirir ki, hadisə Krasnoyarsk vilayətinin Açinsk şəhərində baş verib.

İlkin məlumata görə, qətldə iştirak edən şəxslərin Ermənistan vətəndaşına 1 milyon rubl borcu olub. Hələlik adı açıqlanmayan Ermənistan Respublikası vətəndaşının Rusiyada faizə pul verdiyi məlum olub. Mərhumun müalicə üçün müntəzəm olaraq Ermənistandan Açinska gəldiyi bildirilir.

Qətldə şübhəli bilinən Açinsk şəhərinin 2 sakini həbs edilib.

Anar TAĞIYEV
Xəbəri paylaş