Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hava çirkliliyi 17 dəfə artıb

Hava çirkliliyi 17 dəfə artıb


Qazaxıstanda hava çirkliliyi getdikcə təhlükəli həddə çatır.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hava çirkliliyi daha çox Almatı şəhərində özünü göstərir. Burada havanın çirklənməsi xüsusilə qışda 17 dəfə artır. Buna qarşı mübarizə məqsədilə isə Qazaxıstan Milli Qızlar Pedaqoji Universitetinin fizioloqları və genetikləri Almatı havasını təmizləmək üçün innovativ üsul icad ediblər.

Məlumata görə, bunun üçün bir qrup alim zərərli maddələri intensiv şəkildə mənimsəyən bitkilər yetişdirməyə hazırlaşır.

Sözügedən elmi tədqiqatı həyata keçirmək üçün ümumi sahəsi 9 hektar olan ərazi ayrılıb. Onun 2 hektarında hazırda meyvə ağacları yetişdirilir. 7 hektar sahədə isə havanın təmizlənməsinə yönəlmiş elmi işlər aparılacaq.

Nərgiz Əzizova
Xəbəri paylaş