Rusiya tərəfindən Xarkova növbəti dəfə raket zərbələri endirilib.
Newscenter.az hraparak.am-a istinadən bildirir ki, raket hücumu nəticəsində 17 nəfər yaralanıb. Onlardan iki nəfər qadının vəziyyəti ağırdır.
Vilayət administrasiyasının rəhbəri Oleq Sinegubov yaralılardan 12 nəfərin xəstəxanaya çatdırıldığını, qalanlara isə ilkin tibbi yardım göstərildiyini deyib. Xəstəxanaya yerləşdirilənlərin vəziyyəti orta-ağır qiymətləndirilir.
Hücum nəticəsində azı on yaşayış binasına ziyan dəyib. Bu səbəbdən yaralı sayının daha çox olması ehtimal edilir.
Anar TAĞIYEV