Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən marketlərdən birinin qarşısında quraşdırılan ödəmə terminalından 6 999 manat oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətindən Newscenter.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən Astara rayon sakini, 1995-ci il təvəllüdlü Asim Əsədli və Masallı rayon sakini, 1994-cü il təvəllüdlü Xəyal Məmmədov saxlanılıblar.
Faktla bağlı Xəzər RPİ-də Cinayət İşi başlanılıb istintaq tədbirləri davam etdirilir. A.Əsədli və X.Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.
Mehman Mehdiyev