Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə gündəlik siqaret istifadəsinə görə dünyada birinci yerdədir

Türkiyə gündəlik siqaret istifadəsinə görə dünyada birinci yerdədir


Türkiyə adambaşına gündəlik siqaret istifadəçilərinin sayına görə dünyada birinci yeri tutur.

Newscenter.az "Sputnik Türkiyə"yə istinadən bildirir ki, araşdırma materialları belə deməyə əsas verir.

Araşdırmada qeyd edilir ki, dünyada 2 milyard insan siqaret və digər tütün məmulatlarına aludəçidir. 2018-2023-cü illər Tütünlə Mübarizə Planına əsasən, Türkiyədə siqaret çəkənlərin sayının 17 milyondan çox olduğunu bildiriblər. Açıqlamada, Türkiyədə 15 və daha yuxarı yaşda olan ümumi əhalinin hər 4 nəfərindən ən az birinin siqaret çəkdiyi əksini tapıb. Bu da təxminən 20 milyon insanın daimi siqaret çəkən olduğu deməkdir.

"Türkiyə adambaşına gündəlik orta hesabla siqaret istehlakı sayına görə 17,1 ilə dünyada birinci yerdədir. Yunanıstanda bu rəqəmi 15,7, İsraildə 15,5, Yaponiya və Avstriyada isə 15,4-dür",-deyə araşdırmada qeyd edilir.

Avropa ölkələrində ən çox siqaret çəkən ölkə isə Bolqarıstandır.

Nərgiz Əzizova
Xəbəri paylaş