Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda dabaq xəstəliyinə qarşı vaksin istehsal olunur

Qazaxıstanda dabaq xəstəliyinə qarşı vaksin istehsal olunur


Qazaxıstanda dabaq xəstəliyinə qarşı vaksin istehsal olunur.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, vaksin Fransanın lisenziyası ilə istehsal edilir. Bununla bağlı Qazaxıstanın “QazBioPharm” şirkəti ilə Fransanın “Boehringer Ingelheim” şirkəti istehsalla bağlı müqavilə imzalayıb.

Qarşılıqlı anlaşmaya əsasən, 2025-ci ildə Qazaxıstan ümumilikdə 20 milyon doza yaxın peyvənd istehsal etməlidir.

Bir müddət əvvəl isə Qazaxıstan prezidenti Astana-Paris biznes forumu çərçivəsində Fransanın Boehringer Ingelheim şirkətinin prezidenti Kristian Vaysen ilə görüşdə yerli QazBioPharm holdinqi ilə Fransanın “Boehringer Ingelheim” şirkəti arasında texnologiyaların ötürülməsinə dair sazişin detallarını müzakirə etmişdi.

Qeyd edək ki, "Boehringer Ingelheim" dünyanın ən yaxşı 20 əczaçılıq şirkəti sırasındadır. Onun dünya üzrə 142 ofisi var.

Nərgiz Əzizova
Xəbəri paylaş