İqlim dəyişikliyi Qrenlandiyada buz kütləsinin sürətlə əriməsinə səbəb olur.
Newscenter.az-ın "Sputnik Türkiyə"yə istinadən verdiyi xəbərə görə, araşdırmalar nəticəsində Qrenlandiyada saatda orta hesabla 30 milyon ton buzun əridiyi məlum olub.
“The New York Times” qəzetinin xəbərinə görə, NASA-nın Jet Propulsion Laboratory əməkdaşı və tədqiqatçısı Çad Qrin və komandası 1985-ci ildən 2022-ci ilə qədər çəkilmiş peyk görüntüləri əsasında xəritə hazırlayıb. Demək olar ki, bütün Qrenlandiya ərazisini əhatə edən 200 mindən çox buzlaq təsviri xəritədə bir araya gətirilib. Bunları araşdıran tədqiqatçılar Qrenlandiyanın saatda orta hesabla 30 milyon ton buz itirdiyini müəyyən ediblər.
Məlum olub ki, Qrenlandiyada buzlaqlar proqnozlaşdırılandan 20 faiz çox əriyir. Ümumilikdə Qrenlandiya 1992-ci ildən bəri təxminən beş trilyon ton buzun əridiyi ehtimal edilir.
Tədqiqata daxil edilən 200-dən çox buzlaqdan yalnız birinin 1985-ci ildən bəri böyüdüyü məlum olub.
Mehman Mehdiyev