Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbulda otel yanır

İstanbulda otel yanır


Türkiyənin İstanbul şəhərində otel yanır.

Newscenter.az-ın trthaber-ə istinadən verdiyi məlumata görə, hadisə İstanbulun Bəyoğlu istiqamətindəki Ərəb Cami məhəlləsində qeydə alınıb. 4 mərtəbəli otel binasında yanğının söndürülməsi məqsədilə əraziyə çoxlu sayda yanğınsöndürən maşın və xilasedicilər cəlb edilib.

Xilasedicilərin köməkliyi ilə oteldə qonaq olanlar təxliyə olunub. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Mehman Mehdiyev
Xəbəri paylaş