Xarici ölkə vətəndaşının Biləsuvar rayonu, Muğan kəndi ərazisində Azərbaycanın “Qırmızı Kitabı”na düşmüş bəzgək quşunu ovlaması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Newscenter.az-ın xəbərinə görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov “Report”un sorğusuna cavab olaraq bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin Qətər vətəndaşı Salem Jaber AZAl-Marri olduğu müəyyən edilib.
“Faktla bağlı təqsirkar şəxs barəsində akt, protokol tərtib olunub və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllləsinin 272.3-cü maddəsinə əsasən 2330 manat məbləğində cərimələnib”, - o deyib.