Azərbaycanın Mil-Muğan iqtisadi rayonunun ərazisində 5,1 maqnitudalı zəlzələ olub.
Bu barədə Newscenter.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Mərkəzin verilənlərinə əsasən, seysmohadisə Bakı vaxtı ilə saat 22:05-də qeydə alınıb. ABŞ-nin Geoloji Xidmətinin verilənlərinə görə, zəlzələnin ocağı Salyanın Qaraçala kəndi ərazisində, 50,2 km dərinlikdə yerləşib.
XXX
Zəlzələ episentrdə Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Saatlı rayonlarında 4-3 bala qədər hiss olunub.
Yenilənmiş verilənlərə əsasən, seysmohadisənin maqnitudası 5 olub.
Sona