İsrailin Qəzzada hərbi əməliyyatları davam etdikcə hər gün orada həlak olan və yaralanan fələstinlilərin də sayı artır.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, 2023-cü il oktyabrın 7-dən Qəzzada İsrailin həyata keçirdiyi əməliyyatlar nəticəsində hər gün orta hesabla 173 qadın və uşaq həlak olur.
Bildirilir ki, ölüm saylarının artmasına təsir edən başlıca səbəb bölgədə səhiyyə xidmətlərinin demək olar ki, olmamasıdır. Qəzzada səhiyyə ocaqları raket zərbələrindən dağıldığı və səhiyyə xidmətləri göstərilmədiyi üçün 60 min hamilə qadın və 350 min xroniki xəstəliyi olan insan dərman çatışmazlığı səbəbindən həyati təhlükə ilə üzləşib.
Qeyd edək ki, 2023-cü il, oktyabrın 7-dən İsrail Qəzzada havadan və qurudan əməliyyatlar həyata keçirir.
Mehman Mehdiyev