Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mebel sexində baş verən partlayışda ölənlərin sayı 10-a çatıb

Mebel sexində baş verən partlayışda ölənlərin sayı 10-a çatıb


Bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda yerləşən mebel sexində baş verən partlayışda həlak olanların sayı artıb.

Newscenter.az Baş Prokurorluğa istinadən xəbər verir ki, bu gün saat 14 radələrində yaralılardan 1 nəfər - Rüstəmov Adil Aydın oğlu (1996) göstərilən tibbi yardımlara baxmayaraq müalicə aldığı xəstəxanada ölmüş, bununla da hadisə nəticəsində həyatını itirənlərin sayı 10 çatmışdır. Hazırda zəruri tibbi yardımlar göstərilməklə yaralanan digər şəxslərin müalicəsi davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bir daha vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayır.

Mehman Mehdiyev
Xəbəri paylaş