Milli Hidrometeorologiya Xidmətinin yanvarın 21-i saat 20:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunur.
Newscenter.az Xidmətə istinadən bildirir ki, hazırda küləyin sürəti 23-25 m/s-dək güclənib. Bunu Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatıb.
"Küləkli hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcək”,-deyə məlumatda bildirilir.
Sona