Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Parisdə minlərlə insan Eyfel qülləsi yaxınlığında aksiya keçirir

Parisdə minlərlə insan Eyfel qülləsi yaxınlığında aksiya keçirir


Fransanın paytaxtı Parisdə Eyfel qülləsinin yaxınlığında minlərlə insan miqrasiya qaydalarını sərtləşdirən yeni qanunlara etiraz etmək üçün küçələrə axışıb.

Newscenter.az-ın məlumatına görə, “Report” TASS-a istinadən xəbər verir ki, aksiya ölkənin Konstitusiya Şurasının qərarının elan edilməsinə dörd gün qalmış həyata keçirilir.

Fransanın daxili işlər naziri Jerald Darmanenin hazırladığı normativ akta qarşı keçirilən mitinqdə həmkarlar ittifaqı və tələbə təşkilatlarının, eləcə də siyasi partiyaların nümayəndələri iştirak edirlər. Həmçinin nümayişlərə Fransa Kommunist Partiyası, İtaətsiz Fransa Partiyası və solçu Fəhlə Mübarizə hərəkatının üzvləri qatılıblar.

Eyfel qülləsinə baxan Trokadero meydanına toplaşan etirazçılar “Darmanen qanununu ləğv edin” və “Fransız və ya miqrant – hamımız fəhlə sinfiyik” şüarları səsləndiriblər.
Xəbəri paylaş