Dünyanın müxtəlif ölkələrində bir-birinin ardınca şiddətli zəlzələlər baş verməkdədir. Ötən gün Çin-Qırğızıstan sərhədində 7 bal gücündə baş verən zəlzələnin ardınca bu gün Sakit okeandakı ada ölkəsi Vanuatuda şiddətli yeraltı təkanlar qeydə alınıb
Newscenter.az trthaber-ə istinadən bildirir ki, yeraltı təkanlar 6,3 bal gücündə qeydə alınıb.
ABŞ Geoloji Xidməti (USGS) bildirib ki, episentri Vanuatunun paytaxtı Port-Vila şəhərindən 43 kilometr cənub-qərbdə meydana gələn 6,3 bal gücündə zəlzələnin 37 kilometr dərinlikdə qeydə alınəb.
Zəlzələdə can və ya mal itkisi ilə bağlı açıqlama verilməyib.
Mehman Mehdiyev