Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dəmir yolu ərazisində zəncirvari qəza olub

Dəmir yolu ərazisində zəncirvari qəza olub



Bu gün saat 10:15 radələrində ADY-yə məxsus yük qatarı Əhmədli stansiyasının dalan yolunda manevr edərkən dəmiryol xəttinə yaxın məsafədə qanunsuz park edilmiş 99-FJ-595 nömrəli avtomobil qatara ilişib və yaxınlıqda dayanmış digər 7 maşınla toqquşub.

Newscenter.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

ADY bir daha nəqliyyat vasitələri sürücülərinin diqqətinə çatdırır ki, dəmiryol xətlərinə yaxın parkinq edərkən ən azı 3 metr məsafə saxlanılmalıdır!.

Süleyman İsmayilbəyli
Xəbəri paylaş