Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda partlayış olub, üç nəfər xəsarət alıb.
Newscenter.az bildirir ki, "Report"un Aran bürosunun məlumatına görə, hadisə zamanı Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü İlkin Cahangir oğlu Babayev və Şirvan şəhər sakini, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Sənayesi Nazirliyindən isə bildirilib ki, yanvarın 23-də Müdafiə Sənayesi Nazirliyinə məxsus “Şirvan Araz zavodu” MMC-də texnoloji proses zamanı istehsalat qəzası baş verib. Qəza nəticəsində zavodun 2 əməkdaşı cızıqlarla müşayiət olunan yüngül xəsarət alıb. İlkin tibbi yardım göstərilən yaralılar dərhal xəstəxanaya çatdırılıb. Ambulator müalicə alan hər iki əməkdaş özlərini yaxşı hiss etdiklərini bildiriblər.