Ukraynanın əksər hərbi sənaye obyektləri vurulub.
Newscenter.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb. Bildirilib ki, Ukraynanın hərbi sənaye obyektləri Rusiya ordusu tərəfindən uzaq mənzilli yüksək dəqiqlikli silahlarla məhv edilib.
Nazirliyin açıqlamasında qeyd edilib ki, əsasən raket, sursat və partlayıcı istehsal edən müəssisələr partladılıb.
Bundan başqa Ukrayna ordusuna aid 56 pilotsuz uçuş aparatının (PUA) da vurulduğu bildirilib.
“Hərbi əməliyyat başlayandan indiyədək 568 təyyarə, 265 helikopter, 11 min 89 İHA, 451 hava hücumundan müdafiə raket sistemi, 14 min 743 tank və zirehli texnika, 1205 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 7 min 830 haubitsa və minaatan, 751 xüsusi hərbi maşın məhv edilib",-deyə nazirlikdən bildirilib.
Mehman Mehdiyev