Ermənistanda çağırışçılar tam müayinədən keçmədən hərbi xidmtə aparılır.
Newscenter.az news.am-a istinadən bildirir ki, belə bir açıqlama ilə hüquq müdafiəçisi Nazeli Movsesyan çıxış edib. O bildirib ki, xüsusilə, builki qış çağırışı zamanı qeyd olunan mənfi tendensiya özünü daha qabarıq şəkildə büruzə verib. Nazeli Movsesyan deyib ki, problemlər sistemli xarakter daşıyır.
Hüquq müdafiəçisi eyni problemin əvvəlki çağırışlar zamanı da qeydə alındığını söyləyib:
“Səhhətində problem olan çağırışçıların heç də hamısı sağlamlıq müayinəsinə göndərilmir. Problemlərdən biri də şikayətlərin qeydə alınmamasıdır".
Nazeli Movsesyan deyib ki, çağırışçı öz hesabına müayinədən keçmək üçün tibb müəssisəsinə gələndə bəzi tibb müəssisələri onun çağırışçı olduğunu bildikdən sonra müayinədən imtina edirlər.
Mehman Mehdiyev