Fransada qiymət artımı və əmək haqqının azlığı zaman-zaman vətəndaşları müxtəlif tədbirlərə əl atmağa, fərqli etiraz aksiyaları keçirməyə vadar edir.
Newscenter.az yerli mətbuata istinadən bildirir ki, bu dəfə etirazçılar iri şəhərlərin mərkəzi küçələri və inzibati bınalarını kanalizasiya suları ilə çirkləndiriblər. Kommunal Təsərrüfat idarələrinin maşınlarına kanalizasiya suları dolduran etirazçılar onu inzibati binaların qarşısına boşaldıblar.
Etirazçılar aşağı satınalma qiymətlərindən və Aİ-nin kənd təsərrüfatı siyasətindən narazıdırlar. Etirazçılar aksiyanın əhatə dairəsinic daha da genişləndirəcəklərini bildiriblər.
Mehman Mehdiyev