Son günlər Rusiyanın Kamçatka bölgəsində seysmik aktivlik xeyli artıb.
Newscenter.az TASS-a istinadən bildirib ki, bu gün daha bir güclü zəlzələ qeydə alınıb. Belə ki, Kamçatkada 5,2 bal gücündə zəlzələ baş verib.
Rusiya Federasiyası Milli Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsinin yaydığı məlumatda zəlzələnin 37 km dərinlikdə baş verdiyi bildirilib
Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskidən 127 km hənarda olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Mehman Mehdiyev