Qazaxıstanda seysmik təhlükəsizliklə bağlı müşavirə keçiriləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, müşavirə prezident Qasım-Jomart Tokayevin sədrliyi ilə Almatı şəhərində baş tutacaq. Artıq bununla bağlı dövlət başçısının Astanadan Almatıya getdiyi bildirilir.
Dövlət başçısı Almatıda olarjkən həmçinin bir sıra infrastruktur və sosial obyektlərə baş çəkəcək, megapolisdə yol sisteminin inkişafı ilə bağlı inkişaf planı ilə tanış olacaq.
Bu arada prezidentin mətbuat katibi Berik Vəli Tokayevin əvvəlcədən planlaşdırılan iş qrafikinə uyğun olaraq yanvarın 24-25-də Almatıya səfər edəcəyini bildirmişdi.
Mehman Mehdiyev