İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 26 minə yaxınlaşıb.
Newscenter.az xəbər verir ki, bu barədə Fələstin Hökumətinin Səhiyyə Nazirliyi məlumat verib. Bildirilib ki, İsrailin 111 gün əvvəl Qəzza zolağına başladığı və intensiv şəkildə davam etdirdiyi hücumlar nəticəsində təkcə son 24 saatda 200 fələstinli həyatını itirib, 370 nəfərin isə yaralanıb.
2023-cü il oktyabrın 7-dən etibarən blokadada olan Qəzza zolağına edilən hücumlarda həlak olan fələstinlilərin sayının son bir həftədə 1280 nəfər artaraq 25 min 900 nəfərə, yaralı sayının isə 64 min 110 nəfərə yüksəldiyi qeyd edilib.
Mehman Mehdiyev